16.03.2025, 00:29
AZ EN
15.09.2023, 10:55 303

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu "Türk Şəhidliyi" abidəsini ziyarət edib

XƏBƏRLƏR
  • Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakının erməni-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü ilə əlaqədar "Türk Şəhidliyi" abidəsini ziyarət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Oxşar xəbərlər