20.09.2024, 06:54
AZ EN
13.09.2023, 18:50 200

Laçında ekskavator tank əleyhinə minaya düşüb

XƏBƏRLƏR
  • Laçında ekskavator tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Report"a bildirilib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR