21.09.2024, 10:34
AZ EN
28.07.2023, 12:48 270

Təşkilat sədri: "İşğaldan azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadratmetrdən 6 mina çıxır"

XƏBƏRLƏR
  • "Ermənistanın işğalından azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadratmetr sahədən 6 mina çıxır".

Bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mina qurbanlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir ailədə minanın qurbanı olmuş şəxs varsa, bu, təkcə onların deyil, bir icmanın problemidir, məsuliyyətidir: "Bizi ən çox narahat edən məsələ isə mina qurbanlarının sayının artmasıdır".

H.Səfixanov söyləyib ki, dövlət minadan zərər çəkmiş şəxslərə hər zaman diqqət və qayğı göstərir: "Biz də əlimizdən gələni edirik". (Report)

Oxşar xəbərlər