22.11.2024, 10:09
AZ EN
12.06.2023, 22:14 270

Ədalət Verdiyev: "Akınçılar Taktik Tekstil" şirkəti Azərbaycan MSN ilə müştərək istehsal müəssisəsi və sınaq laboratoriyası yaradacaq"

XƏBƏRLƏR

Hərbi ekspert Ədalət Verdiyev yazır:

"İzmirdə texniki tekstil sahəsində çalışan "Akıncılar Taktik Tekstil" şirkəti Azərbaycan MSN ilə müştərək istehsal müəssisəsi və sınaq laboratoriyası yaradacaq.

Yerli və milli imkanlarla İzmirdə ballistik jiletlər, ballistik dəbilqələr, gülləkeçirməz geyilə bilən texnologiyalar, hərbi hücum jiletləri, xüsusi əməliyyat geyimləri istehsal edən şirkət, Bakıda qurulacaq fabrikdə innovativ tekstil işlərinin bir qismini həyata keçirəcək.

Ortaq istehsal müəssisəsində istehsal olunacaq gülləkeçirməz polad jiletlər, dəbilqələr və hərbi materialların digər ölkələrə satılması hədəflənir.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq gülləkeçirməyən hərbi avadanlıq istehsal olunacaq", - deyə ekspert vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR