Rüstəmli Nemət Qəzənfər oğlu (Nemət Tahir) 1987-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1995-ci ildə Mingəçevir şəhərində yerləşən Ağdam rayon 128 saylı köçkün tam orta məktəbinin 1-ci sinfində təhsil almağa başlayıb.
2006-cı ildə orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.Müxtəlif zamanlarda mətbuatda dərc edilib. Üç il “168 saat” qəzetində reportyor kimi fəaliyyət göstərib. Son illər həmçinin xarici mətbuatda da şeir və hekayələri çap olunub.
2020-ci ildə Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “Ədibin evi” hekayə yarışmasında 8 ölkədən 549 hekayə arasında hekayəsi 3-cü yerə layiq görülüb.
“Kəpənək ümidlər” adlı kitab adından da göründüyü kimi, geniş anlamda ümidlərdən, onların qanadlanıb pərvazlanmasından bəhs edir. İnanırıq ki, müəllifin bu kitabı böyük oxucu auditoriyası tərəfindən sevilərək oxunacaq.
Tahirə AĞAMİRZƏ