Təlim zamanı, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinin zəruriliyi bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da göstərilən tədbirlərin icrası ilə əlaqədar dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən əməkdaşların fəaliyyət istiqamətləri təlimin əsas müzakirə mövzusu olub.
Təlimdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, dövlət qulluğu sahəsində kadr potensialı təkmilləşdirilib. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Maarifləndirici tədbir sual-cavab və müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, xidməti fəaliyyətin qiymətləndirilməsi hər il yanvar 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir. Həmin dövrdə verilən tapşırıqların icra səviyyəsi, əmək intizamı və digər meyarlar nəzərə alınmaqla qiymətləndirmə aparılır, dövlət qulluqçuları barəsində müvafiq tədbirlər görülür.