22.06.2025, 18:25
AZ EN
22.06.2025, 10:27 110

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif olunublar. Təltif edilənlər arasında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları da var.

Sərəncama əsasən, Komitənin 3 nəfər əməkdaşı Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Dövlətimizin başçısına göstərdiyi ali diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, təltif olunan həmkarlarımızı təbrik edirik. 

Oxşar xəbərlər