Bu fikriləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti departamentinin direktor müavini Nazilə Alməmmədova söyləyib.
O qeyd edib ki, bu gün daha 12 ailə Ağalı kəndinə köçürüləcək. İkinci mərhələnin növbəti köçü isə sentyabrın 10-da olacaq.
"Ağalı kəndinə köçürüləcək ailələr Bakı, Sumqayıt və Abşeron rayonlarında qəzalı binalarda, sanatoriyalarda, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, onların da içində Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var. Həmin ailələr isə mövcud qanunvericiliyə əsasən püşkatma əsasında ailə tərkibinə uyğun olaraq evlərlə təmin ediliblər”, - deyə Nazilə Alməmmədova bildirib. (AZƏRTAC)