Tədbirin keçirilməsində məqsəd əməkdaşların kibertəhlükələr haqqında məlumatlılığın artırılması və komitənin ümumi təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Seminar zamanı iştirakçılara fişinqin mahiyyəti, kibercinayətkarların bu üsuldan necə isifadə etdiyi, kiberhücumlardan qorunma yolları, şəxsi və korporativ məlumatların mühafizəsi üçün zəruri tədbirlər barədə ətraflı məlumat verilib. İnteraktiv şəraitdə keçən seminarın sonunda iştirakçılar onlara təqdim olunan biliklərin gündəlik iş fəaliyyətlərində çox vacib olduğunu vurğulayıblar.