21.11.2024, 19:54
AZ EN
26.09.2024, 07:47 239

Sədr müavini: Artıq Böyük Qayıdışın doqquzuncu təyinat ünvanına ilk köç yola salınır

XƏBƏRLƏR
  • “Bu gün biz 44 günlük Vətən müharibəsində və daha sonra keçən il antiterror əməliyyatında Zəfər qazanmış və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan xalqı olaraq tarixi Zəfərin məntiqi nəticəsi olan Böyük Qayıdışın sevincini, qürurunu və fəxarətini yaşamaqdayıq. Ölkəmiz qarşısında beş milli prioritetdən biri kimi tanınan böyük qayıdış Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla icra olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərimizdə sözlə ifadə oluna bilməyəcək qədər tərzdə genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyətləri aparılır, sosial texniki infrastruktur yaradılır, əhalinin dayanıqlı məskunlaşdırılması üçün tədbirlər görülür.

Bu fikirləri jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

Bu günədək Qarabağıın və Şərqi Zəngəzurun səkkiz yaşayış məntəqəsinə - 4 şəhərə və 4 kəndə soydaşlarımızın qayıdışının və dayanıqlı məskunlaşmasının təmin edildiyini bildirən sədr müavini doqquzuncu təyinat ünvanının Cəbrayıl şəhəri olduğunu qeyd edib. “Bu gün biz daha bir əlamətdar tarixi gün yaşayırıq. Artıq Böyük Qayıdışın doqquzuncu təyinat ünvanı olan Cəbrayıl rayonunun mərkəzinə - Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınır. Bir neçə gündən sonra - oktyabrın 4-də isə biz Cəbrayıl Şəhəri Gününü qeyd edəcəyik. Bütün bunları ruhları qarşısında baş əydiyimiz və hər gün Allahdan rəhmət dilədiyimiz şəhidlərimizə, sağlıq və şəfa arzuladığımız cəngavər qazilərimizə borcluyuq”,- deyə F.Hüseynov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər