İnfoturun iştirakçısı olan özəl yaradıcılıq subyektlərinin əməkdaşlarına Prezident İlham Əliyevin tapşırığı ilə rayonda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutlan tədbirlərin icrası barədə məlumat verilib. Bildirilib ki, indiyədək Ağalı kəndində 175 ailə (871 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.
İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə “ağıllı kənd” konsepsiyası əsasında tikilmiş yaşayış məntəqəsində sakinlərlə görüşüb söhbətləşən iştirakçıları onların gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparıblar.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.
Ətraflı aşağıdakı linkdə: https://www.youtube.com/watch?v=2768rckJOvE&t=1s