Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmış və hazırda məşğulluqla təmin edilmiş keçmiş məcburi köçkünlərlə bağlı videoçarxlar hazırlayır. Budəfəki videoçarxda Laçın şəhərində artıq bir ilə yaxın müddətdə fəaliyyət göstərən “Simurq” kitabxanasından bəhs edilir. Kitabxanada çalışan Laçın sakini Natəvan Uğurlu doğma yurda qayıtmasından və burada işlə təmin olunmasından, həmçinin kitabxanaya dəstək üçün təşkil olunan aksiyadan da söz açıb.
Laçın şəhərində fəaliyyət göstərən “Simurq” kitabxanası ilə bağlı hazırlanan videoçarxı təqdim edirik.