22.07.2024, 03:28
AZ EN
10.07.2024, 17:19 237

Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib

XƏBƏRLƏR
  • İyulun 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalov vətəndaşların növbəti qəbulunu keçirib.

Aparat rəhbərinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər doğma yurda qayıtmaq istəklərini bildirib, bu istiqamətdə hökumətin həyata keçirdiyi tədbirlərindən razılıq ifadə ediblər. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır.

Eyni zamanda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR