Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, həmkarlar təşkilatı əməkdaşların əmək və sosial hüquqlarının qorunmasında, istirahətinin və asudə vaxtının təşkilində, eləcə də öz səlahiyyətləri çərçivəsində digər tədbirlərin həyata keçirilməsində son vaxtlar müsbət dönüşə nail olub.
Yığıncaqda QMKİDK Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Mustafaqulu Əliyevin hesabat məruzəsi dinlənilib. Sonra təşkilatın Təftiş Komissiyası öz hesabatını təqdim edib. Hər iki məruzə ilə bağlı müzakirə aparılıb, həmkarlar təşkilatının fəaliyyətinə qiymət verilib, rəy və təkliflər səsləndirilib.
Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin tərkibinin seçilməsi məsələsinə baxılıb, namizədliklər irəli sürülüb və açıq səsvermə keçirilib. Səsvermə nəticəsində yeni tərkib seçilib. Yığıncaq iştirakçıları QMKİDK Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə yenidən Mustafaqulu Əliyevin sədr seçilməsini dəstəkləyiblər. Həmçinin daimi komissiyaların tərkibi müəyyənləşdirilib və sədrləri seçilib, Təftiş Komissiyasının yeni tərkibi təsdiqlənib.
Yığıncaqda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Rəhilə Babayeva da iştirak və çıxış edib.