Prezident İlham Əliyevin tapşırıqları əsasında, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin doğma yurda geri dönüşünün səmərəli təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin uğurla icra olunduğunu bildirən komitə sədri Rövşən Rzayev qonaqlara qurumun bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin kateqoriyadan olan vətəndaşların problemlərinin həlli istiqamətində görülən işləri daim diqqətdə saxlayır, onlara qayğı göstərir.
Görüş zamanı qaçqınlara və məcburi köçkünlərə BMT QAK-ın dəstəyi minnətdarlıq hissi ilə xatırlanıb.
Xanım Bik Lum təmsil etdiyi beynəlxalq təşkilatın cari fəaliyyəti, qarşıdakı dövrdə Böyük Qayıdış proqramına dəstək niyyətləri və bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Görüşdə BMT QAK-ın Dövlət Komitəsi ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran məsələlərə münasibət bildirilib.