Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən Mənsum İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların rifahının yüksələcəyinə və onların Qarabağda əbədi yaşacaqlarına inamını ifadə edib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir.
Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.