Fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb.
Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1453 ailə, yəni 5719 nəfər doğma yurda köçürülüb. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini təmin edir.
Doğma yurdlarına qayıtmış həmvətənlərimiz haqqında hazırlanan növbəti fləşmobu təqdim edirik: