21.05.2024, 20:43
AZ EN
25.10.2023, 19:00 226

Şuşa şəhərinə növbəti infotur təşkil edilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşa şəhərinə növbəti infotur təşkil edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işğalçıların şəhərdə törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılmasını təmin edəcək, uzun illər məcburi köçkünlük yaşamış yerli sakinlərinin tezliklə doğma yurda qayıdışına imkan yaradacaqdır. Dövlət Proqramında təsbit olunmuş və şəhərin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: yeni yaşayış sahələrinin inşası ilə yanaşı şəhər infrasturukturunun yenidən qurulması da sürətlə aparılır. Bütün bunlar barədə infotur iştirakçılarına ətraflı məlumat verilib.

Şəhərdə aparılan bərpa-quruculuq işləri işləri yaxından tanış olan infotur iştirakçıları Şuşa qalasını, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa Məscidini, İsa bulağını, Cıdır düzünü də ziyarət ediblər.  

İnfoturda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması sahəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən sosial media fəallarının bir qrupu iştirak edib. Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.

Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.  

Oxşar xəbərlər