27.07.2024, 15:00
AZ EN
12.04.2022, 15:50 602

"ONUN ADI ŞUŞADIR"

YARADICILIQ

Tanınmış şair-publisist Kərim Kərimlinin "ONUN ADI ŞUŞADIR" adlı yeni kitabı çapdan çıxıb. Müəllif bu barədə özünün Feysbuk səhifəsində məlumat paylaşıb.

Kərim Kərimli yazır: “…Ölkəmizdə və xaricdə daha çox şair kimi tanınsam da, bu kitabda qələmə aldığım və təqdim edəcəyim "100 həyat hekayəsi" silsiləsindən 12 hekayə yer alıb.

Doğrudur, məni 13 kitabdan 10-u nəsr olan yazıçı kimi də tanıyırsınız, lakin bu kitab digərlərindən fərqli olaraq hekayə janrında ilk kitabımdır.

Hekayələr müxtəlif mövzulardadır, daha dərinə enmək istəsəniz, üz qabığı sizə bələdçi olacaqdır...

Şəxsi vəsaitim hesabıma çap olunan bu kitab "Şuşa ili"nə bir töhfəmdir.

Kitab İstiqlal Nəşriyyatında çap olunub və yaxın günlərdə satışa çıxacaq”.

Oxşar xəbərlər