İrəvan quberniyasının Eçmiədzin qəzasında, Alagöz (Araqatz) rayonunda yerləşən Quruboğaz kəndi rayon mərkəzindən 15 km aralıdır. 1872-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, Alagöz (Araqatz) rayonu yaradıldıqdan sonra - 15 mart 1972-ci ildən Abaran rayonunun inzibati ərazi bölgüsündən çıxarılıb, Alagöz (Araqatz) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Toponim türk dilində (bitkisiz, çılpaq, yaşıllıqsız), (quru daşlı düzənlik) mənasında işlənən quru sözü ilə Azərbaycan dilində (dərələrin, çayların baş tərəfi, çay ağzı), (iki dağ arasındakı dar keçid) mənasında işlənən boğaz sözünün birləşməsindən yaranmışdır.
İsa MUSAYEV