31.07.2025, 18:41
AZ EN
29.07.2023, 15:19 373

Qaraqoyunlu mahalı, Çəmbərək rayonu, Əmirxeyir kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Əmirxeyir - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunun kəndidir. Rayon mərkəzindən 20 km şimal-qərbdə, dağlıq, meşəlik ərazidə yerləşir. Erməni mənbələrində kəndin adı Əmirxer, Əmirxeyir, Əmirxir, Əmirxer formalarında da qeyd edilir.

Toponim Əmir şəxs adı ilə türk dilində "Sıldırım, qaya","Sıldırımlı qaya" mənasında işlənən kayır, kair,kayr sözünün birləşməsindən əmələ gəlmişdir.

Kənddə 1897-ci ildə 161 nəfər, 1919-cu ildə 151 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının axırlarında kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş

azərbaycanlılar doğma ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 216 nəfər,193-ci ildə 250 nəfər,1939-cu ildə 295 nəfər, 1970-ci ildə 715 nəfər, 1979-cu ildə 720

nəfər, 1987-ci ildə 500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi ermənilər yaşayır. Kəndin adı dəyişdirilib Kalavan qoyulub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR