19.10.2024, 04:55
AZ EN
11.05.2023, 18:00 98

Qərbi Azərbaycan, Qıvraq kəndi

QƏRBİ AZƏRBAYCAN

Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda olan Qıvraq kəndi rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Kırqax olmuşdur. Bəzi tədqiqatçılar ehtimal edirlər ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü ilə teleut, Altay, qırğız dillərində "bərk, möhkəm" mənasında işlənən "qax" sözünün birləşməsindən əmələ gəlmişdir. Naxçıvanda da Qıvraq adlı kənd vardır. XIX əsrin ortalarında Sofulu tayfasının qışlaqlarından biri idi.  Ötən əsrin 30-cu illərinin sonunda kənd ləğv edilmiş, xarabalığa çevrilmişdir.

İsa Musayev

Oxşar xəbərlər