İ.Şopen bu monastırın Məngüs kəndində yerləşdiyi barədə məlumat vermişdir. Bu monastır VIII əsrdə Ərməniyyənin ən əhəmiyyətli dini ocaqlarından idi və tarixən "Gögərkuni dairəsində, Gərni şəhərindən o qədər də uzaqda olmayan məsafədə" yerləşirdi. Bundan əlavə, Stepan Orbelian yazır ki, VIII yüzildə fars Baban Gögərkuni dairəsinin əhalisini qətlə yetirdikdən sonra bu monastırı da dağıtmış və yalnız XII əsrdə Siyuni yetirməsi olan yepiskop Qriqori onu əvvəlkindən də gözəl tikdirib, fəaliyyətini bərpa etmişdi. Xristian Ərmən türklərinə məxsus olan bu monastırın adı da bütün variantlarda türkcədir. Makenis/Makenas adlarında Maq komponenti və Maqlar anlamı, Geğam adında Göz və qam komponentləri, Qişatakaran adında isə "Şat//Şad tayfasına mənsub olanlar" anlamı aydın görünür.
İsa MUSAYEV