Mənbələrdə bildirilir ki, Qərbi Azərbaycanın paytaxtı İrəvan şəhərində yerləşən Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmişdir. Eni 66 metr, uzunluğu 97,2 metr, hündürlüyü 24 metr, sahəsi 7000 m² olan məscid 28 hücrə, kitabxana, ibadətgah, iç həyət, 4 minarə, 1 günbəzdən ibarət idi.
Göy məscid Çar Rusiyası dövründə İrəvanın 8 məscidi arasında ən böyüyü və mərkəzi came məscidi idi.
Göy məscid 2 dəfə ermənilər tərəfindən yandırılmışdır! 1952-ci ildə Sovet İttifaqı tərəfindən Göy məscidin 4 minarəsinin 3-ü söküldü, məscidin bir hissəsi planetariyə, digər hissəsi isə məktəbə çevrilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ