19.04.2024, 14:20
AZ EN
10.01.2023, 09:00 198

Əziz Ələkbərli: ”300 mindən artıq soydaşımız 1988-1991-ci illərdə dədə-baba yurdundan qovulub və onların həmin tarixi torpaqlarına qayıtmaq haqqı, hüququ var”

QƏRBİ AZƏRBAYCAN
  • Azərbaycan xalqının milli tarixi yaddaşında soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı indiki Ermənistan ərazisi Azərbaycandan zorla qoparılmış Qərbi Azərbaycan ərazisidir. Məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-1991-ci il olmaqla, üç dəfə deportasiya edilib. Zəngəzur bölgəsi, onun şərq və qərb hissələrinə bölünməsi də tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır.

Qərbi Azərbaycan ərazisində yaşayan yüz minlərlə azərbaycanlı tək-tək siyahıya alınır. İlkin mərhələdə 1988-1991-ci illərdə həmin ərazidən qaçqın düşən şəxslərin adları müəyyənləşdirilir. Bundan əlavə, 1948-1953-cü illərdə  Azərbaycandan Stalinin əmri ilə sürgün edilən 144 min 600 vətəndaşın da kimliyi dəqiqləşdirilir.

Azərbaycanın vətən müharibəsindəki qələbəsi ilə yaratdığı yeni reallıq Qərbi Azərbaycandan olan qaçqınların da öz yurdlarına geri qayıtmaq məsələsini aktuallaşdırıb. Artıq Qərbi Azərbaycan icması bununla bağlı həmin ərazilərdə yaşayan azərbaycanlıların siyahıya alınmasına başlayıb. Bütün bunlar barədə açıqlama verən Qərbi Azərbaycan İcmasının  sədri Əziz Ələkbərli siyahıya alma prosesinin təfərrütlarını açıqlayarkən bildirib ki, tarixən Zəngəzurda, Göyçədə, İrəvanda yaşayan azərbaycanlılar ötən əsrin 1905-1907, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdən ermənilər tərəfindən öz yurdlarından didərgin salınıblar. Artıq onların yaşadıqları yerlərin adları dəqiqləşdirilib və siyahıya alma prosesi aparılıb. Icma sədri bildirib ki, sovet dönəmində siyahıya alma zamanı Ermənistanın dövlət rəhbərliyi hər vəhclə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayını az göstərməyə çalışırdı: “Hazırda biz 1988-1991-ci illər sonuncu deportasiya zamanı o ərazidə boşaldılmış 300-ə yaxın yaşayış məntəqəsinin kənd-kənd əhalinin adlı siyahısını  çəxartmağa başladıq və hazırda  biz bu 300-ə yaxın kənddən artıq 160-dan çoxunun adlı siyahısını ailələr və ailə tərkibi üzvləri ilə bir yerdə yekunlaşdırmışıq”.

Atrıq Qərbi Azərbaycandan qaçqın düşən şəxslərin  təxmini sayı da bəllidir. Lakin dəqiq rəqəmlər siyahıya almalar tam başa çatdırılandan sonra müəyyən ediləcək: “Yəni hər gün rəqəmlər dəyişir. Artıq 100 mindən artıq əhalinin  siyahısı çıxarılıbdı.  Bu artıq faktır. Hesablamadan sonra məlum oldu ki,  300 mindən artıq  bizim soydaşımız  1988-1991-ci illərdə  dədə-baba yurdundan  qovulub və onların həmin tarixi torpaqlarına qayıtmaq haqqı, hüququ var”.

Əziz Ələkbərli bildirib ki, İcma tərəfindən  1948-1953-cü illərdə Qərbi Azərbaycandan olan 144 min 600 nəfərin sürgün edilməsinə dair faktlar da araşdırılır. Artıq bununla bağlı sənədlər üzərində iş gedir: “O vaxtı Qərbi Azərbaycandan deportasiya olunanlar  Azərbaycanın müxtəlif rayonlarında konkret məbtəqələrdə toplanırdılar və qeydiyyatları aparılırdı. Xüsusilə Yevlax rayonunun arxivində çoxlu materiallarımız var və biz Milli Dövlət Arxivinin köməkliyi ilə rayon arxivlərindəki bu  sənədlərin adlı siyahıların hamısını ortaya qoyub yekunlaşdırmaq qərarındayıq”.

İcma tərəfindən 1918-1920-ci illərdə  ermənilər tərəfindən qətlə yetirilən şəxslərin  siyahısı da hazırlanıb. Əziz Ələkbərli bildirib ki, bununla bağlı dövlət arxivlərində 36 min səhifə sənəd mövcuddur və onların hər biri ayrı-ayrılıqda tətbiq edilərək nəticələri geniş ictimaiyyətə açıqlanacaq. Icma sədrinin sözlərinə görə,  ermənilər tərəfindən dinc dönəmlərdə də  Qərbi Azərbaycanda yaşayan əhali sıxışdırılıb və onlara iş verilməyib, imkanlardan məhrum ediliblər ki, həmin əraziləri tərk etsinlər. Bununla bağlı faktlar da toplanmaqdadır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər