21.11.2024, 22:54
AZ EN
08.04.2023, 13:00 208

Qərbi Azərbaycan abidələri, Mir Qəfər Ağa ocağı

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar mahalının Mehmandar kəndində Mir Qəfər Ağa ocağı vardır. Bu ocağın güclü şəfa qabiliyyəti olub. Mir Qəfər Ağanın həyətində bir tut ağacı varmış. Hər gün bu ağaca çoxlu göyərçinlər gələr, sonra hamısı uçub gedər, yalnız ikisi qalarmış. Onları tutub kəsər, bir qoç və ya bir cöngə də kəsib ətlərini qarışdırar, iri bir qazanda bişirib kasıb-kusuba paylayarmışlar. Mir Qəfər Ağanın oğlu Mir İsa ağa Goranboy rayonunun Qaradağlı kəndində məskunlaşmışdır. Mir Qədim, Mir Teyyub, Əmmən Ağa, Seyid Qara, Seyid Abbas, Seyid Rza bu nəslin nümayəndələridirlər.

İsa MUSAYEV

Oxşar xəbərlər