21.11.2025, 05:54
AZ EN
18.11.2025, 10:06 239

Ermənilər İrəvandakı tarixi "Qırmızı körpü"nü təmir edib

QƏRBİ AZƏRBAYCAN
  • Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı cari təmirdən sonra istifadəyə verilən tarixi “Qırmızı körpü” abidəsinə baş çəkib. "Açılış mərasimi" kimi protokollaşdırılan tədbirdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqos və rəsmi şəxslər iştirak ediblər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, İrəvanın Kentron inzibati rayonunda yerləşən "Qırmızı körpü" Ermənistanın Mədəniyyət, İdman və Turizm Nazirliyi ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən "Avropa İrs Günləri" proqramı çərçivəsində təmir olunub. Tarixi abidədə təmir işləri Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə ilə xeyriyyəçi Yuri Afrikyan arasında imzalanmış memorandum əsasında Afrikyanın vəsaiti hesabına aparılıb.

Xatırladaq ki, Zəngi çayı (ermənilər bu çayı "Razdan" adlandırır - red.) üzərində yerləşən "Qırmızı körpü" İrəvanda qorunub saxlanılan ən qədim tarixi abidələrdən hesab olunur. Hündürlüyü 11, uzunluğu 80, eni isə 6,5 metr olan Zəngi dərəsinin sahillərini birləşdirməklə İrəvan qalasından Ararat vadisinə yol əlaqəsini təmin edir. X-XIII əsrlərə aid tikilidə 1830-1960-cı illərdə bir neçə dəfə yenidənqurma işləri aparılmaqla körpünün hər iki tərəfində bazalt dayaqlar qoyulub.

"2024-2025-ci illərdə "Qırmızı körpü" bütün tarixi təbəqələri qorunub saxlanılmaqla bərpa edilib", - deyə erməni mətbuatı yazır.

Yeri gəlmişkən, tarixi "İpək Yolu"un üzərində yerləşən Azərbaycanın qədim mədəniyyət abidələri ilə zəngin olan İrəvan şəhərindəki bu cür tarixi memarlıq nümunələri - saraylar, imarətlər, hamamlar, körpülər, karvansaralar, məscid və mədrəsələr Arran, Marağa-Naxçıvan və Təbrizdə də çoxdur. İndiki Azərbaycanın Qazax rayonundakı "Qırmızı körpü"nün də memarlıq üslubu Zəngiçay üzərindəki eyni adlı körpü ilə çox oxşardır. Təəssüf ki, Qərbi Azərbaycan torpaqları Rusiya imperatorunun qanunsuz qərarı əsasında indiki Ermənistanın izabati ərazisinə daxil edildikdən sonra ermənilər "restavrasiya" adı altında həmin tarixi abidəni özününküləşdirib.

Elxan SALAHOV

Oxşar xəbərlər