22.06.2025, 09:39
AZ EN
24.05.2025, 08:01 192

Qərbi Azərbaycan Xronikası: “Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər”

QƏRBİ AZƏRBAYCAN
  • Baku TV-də yayımlanan “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı Zəngəzurun Qafan rayonunun Acıbac kəndindən olan Mübariz Qənbərovun həyatına həsr olunub.

O, uşaqlıq və gənclik illərinin dağlarda, yaylaqlarda keçdiyini, kəndlərinin qədim türk yurdu olduğunu bildirib. Qənbərov ermənilərin alban abidəsini təhrif edərək xaç işarəsi və saxta tarixlər yerləşdirdiklərini, məktəbdə azərbaycanlılara qarşı ayrı-seçkilik edildiyini deyib. Onun sözlərinə görə, ermənilər kəndə silahla gəlir, azərbaycanlılara qarşı aqressiv davranırdılar.

1918-ci ildə Andranikin Acıbaca hücumunu, 1988-ci ildən sonra isə ermənilərin daha da aqressivləşdiyini xatırladan Qənbərov ailəsi ilə birlikdə Ermənistandan çıxmağa məcbur olduğunu qeyd edib. Hazırda Bakıda yaşasa da, doğulduğu kəndə qayıtmaq arzusundadır.

Verilişdə həmçinin Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadıqları çətinliklər və “Qayıdış Konsepsiyası”nın məqsədləri barədə məlumat verilir. (Report)

ətraflı linkdə: https://www.youtube.com/watch?v=gV0sQGNAFSE

Oxşar xəbərlər