23.11.2024, 13:48
AZ EN
15.10.2023, 16:21 307

Qərbi Azərbaycan Xronikası: Unudulmuş qəbiristanlıq və mərhum azərbaycanlılarla bağlı dəhşətli faktlar

QƏRBİ AZƏRBAYCAN
  • Jurnalist Fəxriyyə Lilparın təqdimatında Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Süjetdə bildirilir ki, erməni jurnalist Naira Bulqadaryan Qərbi Azərbaycanın Loru-Pəmbək mahalının Saral kəndindəki qəbiristanlıqdan yazıb.

Sözügedən jurnalist bir neçə beynəlxalq mükafata layiq görülüb və Pəmbək mahalının Qarakilsə şəhərində çalışır.

O, yazdığı məqalədə Qərbi Azərbaycandakı qəbirlərə toxunub:

“Ermənistan hökumətinin Azərbaycan qəbiristanlıqlarının bərpası üçün heç bir vəsaiti yoxdur, çünki hökumətin fikrincə, onlar tarixi və mədəni dəyəri təmsil etmir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 14-də saat 19:30-da "Baku TV"-nin efirində və yutub kanalında yayımlanıb. (Report)

Daha ətraflı süjetdə: 

 

Oxşar xəbərlər