01.12.2024, 21:21
AZ EN
22.06.2023, 18:15 223

Qərbi Azərbaycan abidələri, Yerəruyk bazilikası

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində olan Yerəruyk məbədi qədim türk məbədidir. Məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan Respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının ana yurdu olmuşdur. Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılmışdır. Tədqiqatçıların fikrincə məbəd xristianlığın ilk çağlarına aiddir və IV-V əsrlərdə tikilmişdir. Məbədin yerləşdiyi əraziyə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində başlamışdır. Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınmışdır.

İsa Musayev

Oxşar xəbərlər