21.11.2024, 22:38
AZ EN
09.06.2023, 10:41 472

Qərbi Azərbaycan Xronikası – Stalinin bir əmri ilə Ermənistana verilən Dərələyəz

QƏRBİ AZƏRBAYCAN
  • Ermənilərin tarixi torpaqlarımızda toponimlərimizin adını dəyişdirərək özlərinə saxta tarix yaratmaq istəkləri hər zaman olub. Çünki bu soykökü bilinməyən “tayfanın”  xislətində yer alıb. Məhz bu xislətin, yalanın və izi itirmə siyasətinin qurbanına çevrilən ərazilərdən biri də Dərələyəz mahalıdır.

Bu gün Qərbi Azərbaycan Xronikası çərçivəsində ümumi sahəsi 2 min, 908 kilometr olan  ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz mahalı haqqında söz açılıb. Qərbi Azərbaycanın ərazisindəki ən qədim yaşayış məskənlərimizin, qədim Oğuz türk yurdu olan bu mahal şimaldan Basarkeçər yaylası, şərqdən Zəngəzur silsiləsi, cənubdan  Ələyəz dağları, qərbdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunub.

1918-ci ilin əvvəllərində Osmanlı dövlətinin  dairəsi altında olan Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəzdir. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edib.

1828-ci il Türkmənçay müqaviləsindən sonra  Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnoqrafik dəyişikliklərə məruz qalıb. Köçürülmələrə qədər bölgədəki ailələrin 94,1 faizini azərbaycanlılar 5,8 faizini ermənilər təşkil edirdisə, köçürülmədən sonra erməni ailələri 25,8 faizə çatıb. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur Dərələyəz qəzasına daxil edilib. 1897-ci il məlumatına görə Dərələyəzin sahəsi 2 min 972, 3 kilometr, əhalisi 76 min 551 nəfər idi. Əhalinin 70,5 faizi azərbaycanlı, 27,5 faizi erməni olub. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalıb. Sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur ediliblər.

Dərələyəzin oğuz yurdu olması faktı dəfələrlə sübut olunub. Tarixdən məlumdur ki,  Türk dünyasının böyük sərkərdəsi  və dövlət xadimi  Səlcuq imperiyasının hökmdarı Məhəmməd Alparslan hələ 1065-ci ildə bu yerlərə səfər edərək burda qayda-qanun yaradım. XlV-XVl yüzilliklərdə Dərələyəz bölgəsinin Əmir Teymurun və onun tərəfdarlarının  tabeliyində olmasına, sonralar yəni 1504-cü ildə isə Şah İsmayıl Xətayi tərəfindən idarə olunmasına dair də faktlar var.

O zaman ölkələr mahallara bölünəndə  Naxçıvan əyaləti tərkibində beş mahal, o cümlədən Dərələyəz mahalı təşkil olunub ki, bu da sonralar Şərur mahalı ilə birləşdirilərək Şərur-Dərələyəz qəzası adı ilə  İrəvan quberniyası tərkibinə daxil edilib. Çar Rusiyası Naxçıvanda İrəvan xanlıqlarını işğal etdikdən sonra burda erməni vilayəti yaradıb. 1840-cı il inzibati ərazi bölgüsü zamanı erməni vilayəti ləğv edilib.  İrəvan və Naxçıvan qəzaları təşkil olunub. 1872-ci il də isə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza Şərur-Dərələyəz qəzası təşkil olunub. Şərur-Dərələyəz qəzasında 40 məscid fəaliyyət göstərib. Əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədar Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara məruz qalan bölgələrdən biri olub. 1828-ci ildə Rusiya ilə İran arasında  bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin min illiklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməsinə başlanıb. Rusiya imperiyasının dəstəyi ilə azərbaycanlılar öz dəəd-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılıb. Mərhələlərlə deportasiyaya məruz qalıblar. Belə ki, 1828, 1830-cu illərdə  İran və Türkiyədən Dərələyəzə  2 min 773 erməni köçürülüb, məsklunlaşdırılıb. Bundan sonra azərbaycanlıların qədim yaşayış məskənlərinin adları dəyişdirilib, erməniləşdirilib. Nəhayət, 1920-ci il avqustun 10-da  Azərbaycan SSRİ-nin rəhbərliyinin razılığı olmadan  Naxçıvanın Şərur-Dərələyəz  bölgəsini Ermənistana verilməsi barədə qərar çıxarılıb. Azərbaycan RRSİ-nin rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilib. Dərkibindəki Qurdbulaq,Xaçik, Xoradiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılıb. Ermənistan  SSRİ rayonlaşdırılan zaman Dərələyəz mahalının, Paşalı,yəni Keşişkənd və Soyulan rayonlarına bölünüb. İosif Stalinin əmri ilə 1948-53-cü illərdə Dərələyəz və bütün digər mahallar demək olar ki, boşaldılaraq ermənilərin  ixtiyarına verilib. Beləliklə, Dərələyəz mahalından əhalinin yenidən zorla deportasiyası, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə  davam edib. 48 kənd bir dəfə, 49 kənd iki dəfə,  16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd beş dəfə deportasiyaya məruz qalıb, dağıdılıb və ləğv olunub. Əhalisi zorakılıqla qovulub.

Əminik ki, yaxın gələcəkdə tarixi həqiqətlər yenidən bərpa olunacaq,  qədim Oğuz türk torpaqlarının əzəli və əbədi sahibləri doğma yurd yerlərini yenidən abadlığa çevirəcəklər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər