Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat, bir evakuasiya və beş minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların üç təminat və yeddi minik avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. ("AZERTAC")