23.02.2025, 23:15
AZ EN
23.02.2025, 13:00 218

Laçında növbəti əmək yarmarkası keçiriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı əmək yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarka fevralın 25-də saat 12:00-dan 13:00-a kimi filialın Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi 138) təşkil olunacaq.

Yarmarkada müxtəlif sahələr üzrə vakansiyalar təqdim ediləcək. (AZƏRTAC)

Oxşar xəbərlər