Böyük Qayıdış proqramı çərçivəsində öz yurduna qayıdanlardan biri də xəyalları gerçəkləşən Rəşad Niftəliyevdir. Uzunmüddətli həsrətdən sonra doğma Laçına qovuşan Rəşad Niftəliyev Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlıq kurslarında iştirak edib və kursu başa vurduqdan sonra Agentliyin dəstəyi ilə işlə təmin olunub.
O, indi Laçın İstirahət Kompleksində təhlükəsizliyi təmin edir. Hal-hazırda Laçında yaşayan Rəşad Niftəliyev özü haqqında deyir:
"Mən 1983-cü ildə Laçın rayonun Dumanlar kəndində anadan olmuşam. 1992-ci il may ayının 18-də biz Laçından məcburi şəkildə didərgin düşdük. Çətin günlərimiz də oldu, yaxşı günlərimiz də. Düzdür, Vətənin o başı, bu başı yoxdur, hər yeri bizim üçün əzizdir.
Mən Laçına qayıtdıqdan sonra Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Ordan da məni Laçında keçirilən yarmarkaya dəvət etdilər. Mən orda vakansiyalarla tanış oldum, Təhlükəsiz sahəsi üzrə işi seçim etdim. Bizi 21 gün peşə hazırlıq kursuna yönəltdilər. Həmin kursu bitirdikdən sonra Agentlik tərəfindən sertifikartla təmin olunduq. Dövlət və Məşğulluq Agentliyinin göndərişi əsasında mən Laçın İstirahət Kompleksində Təhlükəsiz sahəsi üzrə işlə təmin olunmuşam. Şükür bu günə ki, biz Laçınımızdayıq, Laçınımızda işləyirik. Bu, bir zamanlar xəyallar idi, amma indi reallıqdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin.
Şanlı Ordumuza rəhbərlik edən Müzəffər Ali Baş Komandanımıza Allah möhkəm cansağlığı versin. Onun sayəsində biz Laçınımıza qovuşuruq. Doğma yurdda qürur hissi ilə xidmət edirəm".
Tahirə AĞAMİRZƏ