Maraqlı anlar Laçın Zabux yolu üzərində dağlıq ərazidə qeydə alınıb. Belə ki, Laçın rayonu ərazisində çalışan işçilər yol ilə gedərkən sözü gedən dağ keçisini görübr və görüntüləri qeydə alıblar. Şiş buynuzları və iri gövdəsi ilə seçilən dağ keçisi Laçın florasının incilərindəndir. Qeyd edək ki, Bezoar keçisi “Qırmızı kitaba” daxil edilib.
Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı 800 - 1200 başa qədərdir. (AZƏRTAC)