Səfərin məqsədi jurnalistləri erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər - təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı və təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.