O, Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Laçın” İstirahət Mərkəzində menecer işi ilə təmin edilib.
Onun fikirlərini özündən dinləyək:
-Əslən laçınlı olsam da, Laçını görməmişdim. Laçın haqqında valideynlərimdən eşitmişəm. Bizdə torpağın adı var idi, amma özü yox idi.
Bura gələndə tanımadığım qohumları belə görürəm. Bakıda olduğum müddətdə Dövlət Məşğulluq Agentliyinə müraciət eləmişdim. Məni dəvət etdilər Laçında olan Əmək Yarmarkasına. Orda vakansiyalara baxırdım. Restoran sahəsində, xidmət sahəsində 10 ildir çalışıram və mənə uyğun olan bir vakansiya menecer işinə görə müraciət elədim. Məni yönəltdilər Laçın İstirahət Mərkəzinə. Orda rəhbərliklə görüşdüm. Artıq otelin açılışından bəri işləyirəm. Laçında belə bir otelin olmağı həm turistlik sahəsinin inkişafı baxımından, həm də bu qədər insanları işlə təmin etmək baxımından həqiqətən də, çox uğurludur. Məqsədimiz də odur ki, otelimiz və şəhərimiz inkişaf eləsin və hər kəs razı getsin.
Tahirə AĞAMİRZƏ