Bunu açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
"Sosial obyektlər, məktəb və uşaq bağçaları tikilir. Bu ilin sentyabrından etibarən yeni yaşayış kompleksinin inşasına başlamağı planlaşdırırıq. Layihə son mərhələdədir. Həmçinin 2027-ci ildə Şəlvə kəndində yaşayış evlərinin tikilməsi nəzərdə tutulur", - deyə M.Məmmədov deyib. (AZƏRTAC)