Bu barədə Qubadlı rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində Böyük Məsləhətçi Vüqar Həsənov verib.
O, qeyd edib ki, Əyin kəndində 6 nəfər şəhidimiz Əhmədov Mahir Humay oğlu, Bayramov İlqar Telman oğlu, Nəcəfov Azər Cabbar oğlu, Qəhrəmanov Elman İxtiyar oğlu, Nəcəfov Elşən Camal oğlu, Qəhrəmanova Nəzakət İxtiyar qızının, Xudular kənd qəbiristanlığında 1 nəfər şəhidimiz Polis işçisi İsayev Kamal İnqilab oğlunun, Çaytumas kənd qəbiristannlığında isə 2 nəfər şəhidimiz Cəbrayılov Müslüm Bağı oğlu və Məcnunov Oruc Mustafa oğlunun qəbirüstü abidələri tamamı ilə yenidən bərpa olunub.
Qeyd edək ki, məzarları Qubadlıda olan bütün şəhidlərimizin qəbirüstü abidələri rayon İcra Hakimiyyəti tərəfindən bərpa olunur, bu istiqamətdə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ