30.07.2025, 05:34
AZ EN
29.07.2025, 17:20 120

“Laçın Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının təşkilatçılığı ilə “Laçın Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən işəgötürənlərlə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaxın vaxtlarda Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüş zamanı müəssisənin fəaliyyəti ilə tanışlıq olub.

İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub, icra edilən məşğulluq proqramları barədə işəgötürənlərə məlumat verilib.

Həm işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, həm də doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təmin olunması sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Günel QULİYEVA

Oxşar xəbərlər