14.07.2025, 17:24
AZ EN
14.07.2025, 12:47 293

Qubadlının Qarağac kəndində Şəhidlərimizin qəbirüstü abidələri yenidən tam bərpa olunub

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun tapşırığı və köməkliyi ilə rayonun Qarağac kənd qəbiristanlığında, ermənilər tərəfindən məzarları dağıdılmış Şəhidlərimizin məzarları yenidən bərpa olunub.

Bu barədə Qubadlı rayon İcra Hakimiyyəti aparatında "Vətən müharibəsi iştirakçıları" və "Şəhid ailələri ilə işin təşkili" şöbəsində Böyük Məsləhətçi vəzifəsində çalışan Vüqar Həsənov bildirib.

 O, qeyd edib ki, 1-ci mərhələdə rayonun Başarat, Qarağac, Qarakişilər və Əyin kəndlərində şəhidlərimizin qəbirüstü abidələri yenidən bərpa olunub:

 "Belə ki, Başarat kəndində 4 nəfər şəhidimiz Abbasov Etimad Kamal oğlu, Mirzəyev Pənah Sovet oğlu, Rüstəmov Novruz Rəhim oğlu və Nuruşov Cənnət Dəmir oğlunun qəbirüstü abidəsi, rayonun Qarağac kəndində 5 nəfər şəhidimiz İsmayılov Vidadi Ağalar oğlu, Eminov Savalan Əmir oğlu, Şirinov Şirin Əhməd oğlu, Əliyev İlham Əhməd oğlu, Quliyev Qabil Oruc oğlunun qəbirüstü abidəsi, rayonun Qarakişilər kəndində 3 nəfər şəhidimiz İsmayılov Aslan Şəmil oğlu, Həsənov Vahid Məhərrəm oğlu və Əhmədov Nahid Həmid oğlunun qəbirüstü abidəsi, rayonunun Hacılı kəndində 1 nəfər şəhidimiz İsgəndərov Mübariz Nüsrət oğlunun qəbirüstü abidəsi  tamamilə yenidən bərpa olunub.

Hal-hazırda rayonun Əyin kəndində 6 nəfər şəhidimiz Əhmədov Mahir Humay oğlu, Bayramov İlqar Telman oğlu, Nəcəfov Azər Cabbar oğlu, Qəhrəmanov Elman İxtiyar oğlu, Nəcəfov Elşən Camal oğlu, Qəhrəmanova Nəzakət İxtiyar qızının qəbirüstü abidələrinin bərpası ilə əlaqədar işlər davam etdirilir".

Vüqar Həsənov daha sonra onu da əlavə edib ki, məzarları Qubadlıda olan bütün şəhidlərimizin qəbirüstü abidələri rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun tapşırığı və köməkliyi ilə İcra Hakimiyyəti tərəfindən bərpa olunacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər