15.06.2025, 01:14
AZ EN
14.06.2025, 09:46 110

Laçın sakinləri avadanlıqlarla təmin olunurlar

ŞƏRQİ ZƏNGƏZUR
  • Böyük Qayıdış proqramı çərçivəsində Laçına köç etmiş vətəndaşların məşğulluq imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.

Doğma yurduna qayıdan sakinlər özünüməşğulluq proqramına cəlb olunaraq müxtəlif istiqamətlər üzrə aktivlərlə təmin edilirlər.

Proqram sayəsində onlar həm dayanıqlı gəlir mənbəyi formalaşdırır, həm də regionun sosial-iqtisadi inkişafına dəstək olurlar.

Aktivlərlə təmin olunmuş Laçın sakini, Altay Qoşnalızadə:

-İstəyirdim ki, həmişəlik olaraq öz Vətənimizdə, Laçınımda bu işi davam etdirim. Təxminən 2 ay əvvəl Məşğulluğa müraciət etdim və avadanlığı mənə təhvil verdilər. Laçın şəhərinə çoxlu turistlər gəlir və mən də onlara xidmət edirəm.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər