22.11.2024, 07:03
AZ EN
12.09.2022, 15:45 381

Ağalı sakini: “Mən buradan çıxanda 10 yaşım var idi, oğlumun 10 yaşı olanda isə geri qayıtdım”

ŞƏRQİ ZƏNGƏZUR
  • “Mən buradan çıxanda 10 yaşım varıydı. Oğlumun 10 yaşı olanda isə geri qayıtdım”.

Bunu Qarabağ bürosuna Ağalı kəndinin sakini Əhmədxan Mahmudov bildirib.

“Kənddən çıxanda kiçik olsam da, o dəhşətlərin hər bir anını xatırlayıram, heç zaman da yadımdan çıxmadı. Mənim uşaqlıq yaddaşıma müharibə, od, alov, ağrı və acılı anlar təsir edib. Hər nə etsəm də, müharibənin o günlərini yadımdan çıxara bilmədim. Bu da sözsüz ki, mənim övladlarıma təsir etməyə bilməzdi”, - o qeyd edib.

Ə. Mahmudov bildirib ki, hər zaman özvladlarına doğma Ağalı kəndi, yurd-yuvaları, uşaqlıq illərinin yaddaşında qalan xoş xatirələrindən və o xatirələri alt-üst edib körpə yaşda qaçqın-köçkün həyatı yaşamasından danışıb:

“Mən istəyirəm ki, övladlarım əsl düşmənlərini tanısın, bu günləri qoy heç zaman unutmasınlar. Siz fikir verin, mənim həyatım övladımın həyatıyla tərs mütənasib təşkil edir. Bir vaxtlar mən buradan köçkün həyatına qədəm qoydum, indi eyni yaşda övladım köçkün həyatından daimi yaşayış üçün doğma kəndimizə qədəm qoyur. Biz hər zaman dövlət başçımıza, şəhidlərimizə, qazilərimizə minnətdar olacağıq”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR