Balaca sakinlər üçün Seyrəngahda bayram şənliyi təşkil edilib.
Şaxta baba və qarqız uşaqların sevincinə sevinc qatıb. Həmçinin balacalar üçün kreativ oyunlar və s. təşkil edilib. Bayram şənliyinə gələn maskotlar uşaqları daha da sevindirib.
Qeyd edək ki, tədbir günün ikinci yarısında Laçın şəhərində "Can Laçın qış möcüzəsi" yarmarkası və "Ay Laçın" adlı Yeni il konserti ilə davam edəcək. Yarmarkada Laçında istehsal olunan məhsullar, milli mətbəxi əks etdirən nümunələr yer alacaq. Konsert proqramında isə məhşur müğənnilərin ifası nəzərdə tutulub. (Report)