22.11.2024, 01:22
AZ EN
25.06.2024, 10:11 254

Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu davam edir

ŞƏRQİ ZƏNGƏZUR
  • Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun ikinci gününə start verilib.

İctimai birliklərin 200-ə yaxın təmsilçisinin iştirak etdiyi forumun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək. Həmçinin “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” oxunacaq.

Daha sonra QHT nümayəndələri Zəngilan məscidi ilə tanış olacaqlar. (AZƏRTAC)

Oxşar xəbərlər