16.06.2025, 20:39
AZ EN
10.03.2024, 13:49 416

Laçının qarlı dağlarında görünən ağquyruq cüyürlərin gözəlliyi diqqəti cəlb edir

ŞƏRQİ ZƏNGƏZUR
  • Əsrarəngiz təbiətə malik olan Laçının zəngin flora və faunası hər fəsildə göz oxşayır. Bu dəfə isə qarlı dağlarda gəzən bir cüt ağquyruq cüyür gözəlliyi ilə diqqət çəkib.

Maraqlı görüntü Laçında çalışan işçilər tərəfindən rayonun Mişni kəndi ərazisində qeydə alınıb. Ağ örpəyə bürünən dağlarda gəzən cüyürlər bir müddət göründükdən sonra gözdən itib. Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, Laçın faunası zənginliyi ilə seçilir.

Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait var. Laçın təbiətində bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə, kəklik, tetra quşu, bildirçin, alabaxta və sair kimi quşlara rast gəlinir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR