12.03.2025, 11:22
AZ EN
05.03.2024, 16:38 269

Ağalıda uşaqların çərşənbə sevinci

ŞƏRQİ ZƏNGƏZUR
  • Gündən-günə abadlaşan Zəngilanın Ağalı kəndində uşaqlar da əlamətdar günləri sevinclə qeyd edirlər. Od çərşənbəsi Ağalı kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün yaddaqalan olub.

Uşaq bağçasının balaca sakinləri Od çərçənbəsini sevinclə qarşılayıblar. Təhlükəsizlik qaydaları nəzərə alınmaqla bağçanın həyətində kiçik tonqal qalanıb. Ocaq kənarında Baharın gəlişini xəbər verən səməni qoyulub. Müəllim və uşaqlar birlikdə tonqal ətrafında “Yallı” gediblər. Balacalar tonqal üstündən atlanıb, həmçinin milli musiqi sədaları altında rəqs edərək əylənib, Baharın gəlişinə aid şerlər səsləndirib, tapmaca oyunu oynayıblar. (AZƏRTAC)

Oxşar xəbərlər