125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalıda yerləşən 33 saylı məntəqəsində daşınan seçki qutusunun ünvana gətirilməsi üçün ərizə ilə müraciət edən yaşlı sakinlər də səsvermədə iştirak ediblər. Onların ünvanına daşınan seçki qutusu aparılıb və konstitusion hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb. Seçicilər tam şəffaf qaydada səs veriblər. (AZƏRTAC)