Laçın şəhərində "İslimi" Xalçaçılıq mərkəzinin açılışı olub. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və ictimaiyyətin nümayəndələri iştirak edib. Mərkəzdə yaradılan şəraitlə tanışlıq olub. Məlumat verilib ki, Laçında fəliyyətə başlayan mərkəzlərdən biri də "İslimi" Xalçaçılıq mərkəzidir. Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq bu mərkəz yaradılıb. Burada Laçın çeşninilərini özündə əks erdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı həm də sakinlərin məşğulluğu təmin olunacaq. (APA)