22.11.2024, 01:34
AZ EN
26.09.2023, 13:37 315

Sarsılmaz xalqın 30 illik məşəqqəti sona çatdı

ŞƏRQİ ZƏNGƏZUR
  • Prezident İlham Əliyevin qəbul etdiyi “Böyük qayıdış” üzrə Dövlət Proqramı Qarabağın dağlar qalası adlandırılan Laçında uğurla və sürətlə həyata keçirilir. Artıq 250-dən çox ailə, mindən çox keçmiş məcburi köçkün öz Vətəninə, gözəlliyi ilə göz oxşayan evlərinə köçüblər. Heç şübhəsiz, füsunkar təbiəti, təmiz havası, suyu, torpağı ilə yer üzünün cənnətinə çevrilən bu tarixi və müasir şəhərimizə əbədi qayıdışın sevincini və qürurunu nəinki laçınlılar, bütün Azərbaycan xalqı yaşayır.  Az.TV xəbərin hazırladığı sujetdə bu daha yaxından hiss olunur.

Bakı Abadlıq Mərkəzi MMC-nin məsləhətçi memarı Azər Məmmədov bildirir ki, abadlıq işləri də tam sürətlı gedir, deməli, biz gəlib bura gedəndə hardasa, 670 ev yararlı idi, yanmamışdı. Biz bu 670 evdən yapışdıq, yanmayan bu evləri bərpa edirik. Həmin 700-ə yaxın evdən 250-ə yaxın sakin həmin evlərə qayıdıb. Hardasa minə yaxın laçınlı gəlib öz evində məskunlaşıb yaşayır.

Burada yeni 4 mərtəbəli, 5 mərtəbəli xüsusi binalar tikiləcək. Ona görə ki, bura kğçürüləcək əhalinin sayı çoxalıb. Belə ki, burdan çıxanda bir ailə idisə, indi dörd ailə olublar. O, dörd ailənin 1-i öz evinə qayıdıb, yerdə qalan 3 ailə üçün isə yeni evlər tikiləcək, hamısı evlə təmin olunacaq.

Laçın rayonu 2 saylı tam orta məktəbin direktoru Sevinc Cabbarova bildirir ki, ermənilərin işğalından sonra məktəbdə fəaliyyət olmayıb və biz fəaliyyətimizi  Bakı şəhərində davam etdirmişik. Bu gün Prezidentimizin sərəncamına əsasən bu məktəbimizdə əsaslı təmir və bərpa işləri aparılıb. Müasir tələblərə cavab verən  fənn kabinələri, informatika kabineti və digər sinif otaqları olan gözəl məktəb inşa olunub və bizim istifadəmizə verilib. Hər cür avadanlıqla təchiz olunmuşuq və məktəbimiz çox gözəldir. Təbii ki, belə gözəl məktəbdə savadlı, vətənpərvər şagirdlər yertişdirmək isə biz müəllimlərin ümdə vəzifəmizdir.

Milli Məclisin  deputatı Mahir Abbaszadə isə vurğulayıb ki, rayonun iqtisadi vəziyyətini düzəltmək,  imkanlarını artırmaq nöqteyi-nəzərdən çox ciddi fürsətlər var: “İstər turizmin inkişafı, istər heyvandarlığın və kənd təsərrüfatının  inkişafı üçün Laçın şəhəri böyük potensiala malikdir. Bu ərazilərdə  mineral su ehtiyatlarının çox olması səbəbindən bu  ehtiyatlardan səmərəli istifadə edilməsi və eyni zamanda rayonun iqtisadi potensialına aid olan daş karxanasının və mərmər karxanalarının olması laçınlıların maddi tələbatının ödənilməsinə də imkan yaradacaqdır. Digər bir tərəfdən, Həkəri çayının Laçın rayonunun ərazisindən keçdiyinə görə burada balıqçılığın inkişafı üçün rayonda böyük imkanlar var”.

Qayıdışın əbədi olsun, Laçın!

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR